SİYASƏT


Azərbaycanda gömrük sistemi qabaqcıl ölkələrdə tətbiq olunan avadanlıqla təchiz edilib

Bakı, 15 aprel, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində respublikamızda gömrük sistemi qabaqcıl ölkələrdə tətbiq olunan avadanlıqla təchiz edilib. Azərbaycan dünyada yeganə dövlətlərdən biridir ki, bütün sərhəd-keçid məntəqələrində gömrük sistemində xüsusi rentgen qurğuları və modern avadanlıq quraşdırılıb. Amma buna baxmayaraq, narkotik vasitələrin tranzit keçirilməsi və idxalı hər zaman gözlənilən risk kimi ölkədən və marşrutdan asılı olmayaraq diqqətlə nəzarətdən keçirilir. Azərbaycan dövləti və Prezident İlham Əliyev bu sahəyə xüsusi diqqət göstərir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev aprelin 15-də Bakıda işə başlayan Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans çərçivəsində təşkil olunan mətbuat konfransında deyib.

Səfər Mehdiyev bildirib ki, hökumətin bütün qurumları ilə yanaşı, gömrük sərhəd-keçid məntəqələri tam müasir avadanlıqla təchiz olunur. Biz bu layihələri Narkotiklərlə Mübarizə Assosiasiyasının və ABŞ-ın dəstəyi ilə həyata keçiririk. Dövlətimizin başçısının bu sahəyə diqqət və qayğısının nəticəsində ən müasir rentgen qurğuları və avadanlığı ölkəmizə gətirilərək sərhəd-keçid məntəqələrində quraşdırılır. Eyni zamanda, potensialın gücləndirilməsi, Komitənin Kinoloji Mərkəzinə Dünya Gömrük Təşkilatının Regional Mərkəzi statusunun verilməsi və s. tədbirlər uğurlu bəhrəsini verir. Təsadüfi deyil ki, il ərzində aşkarlanan 1,7-1,8 ton narkotik vasitənin demək olar ki, yarısı sırf bizim təlim keçmiş xüsusi təyinatlı itlərimiz tərəfindən müəyyənləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.