CƏMİYYƏT


Azərbaycanda havanın ən yüksək temperaturu 17 il əvvəl qeydə alınıb

Bakı, 5 iyul, Göyçək Mahmudlu, AZƏRTAC

İyul və avqust yayın ən isti ayları hesab olunur. Azərbaycanda da həmin aylarda anomal istilər müşahidə olunur. Ölkəmizdə ən yüksək hava temperaturu 2000-ci ildə qeydə alınıb. Həmin il Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda havanın temperaturu 46° təşkil edib, ölkə ərazisində quraqlıq olub, çayların sululuğu azalıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev AZƏRTAC-a məlumat verib.

A.Verdiyev bildirib ki, iyulda Bakıda və Abşeron yarımadasında temperatur iqlim normasına yaxın və bir qədər yüksək olacaq. Aylıq yağıntının miqdarının normaya yaxın və bəzən bir qədər də yüksək olacağı gözlənilir. Orta aylıq temperatur 24-28° təşkil edəcək ki, bu da iqlim normasından 1° yüksəkdir.

“İyunda yağıntılar aprel-may ayına nisbətən daha çox qeydə alınıb. Temperatur iqlim normasından 1° yüksək olub. Ötən ay Bakıda və Abşeron yarımadasında müşahidə olunan ən isti temperatur 33°, orta aylıq temperatur isə 23,3° təşkil edib. İyunda ölkə ərazisində ən isti temperatur Naxçıvan MR-də (Naxçıvan şəhəri) və Mərkəzi Aran rayonlarında (Hacıqabul rayonu) qeydə alınıb (40°)”, - deyən baş hidroloq Bakıda və Abşeron yarımadasında yayın ilk ayında ən isti temperaturun 1996-cı il iyunun 17-də (40°) müşahidə olunduğunu da vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.