Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycanda hər bir uşağa bərabər imkanların yaradılması üçün ciddi islahatlar aparılır

Bakı, 6 aprel, AZƏRTAC 

Aprelin 6-da Heydər Əliyev Mərkəzində “CEO” şirkəti (ceo.az), Famtram.az ailə portalı, Edutainment.az təhsil strukturunun təşkilatçılığı ilə fərqli inkişaf özəllikləri olan uşaqlara həsr olunan 1-ci “Fərqli Fərdlər” konqresi keçirilib.

AZƏRTAC xəbər verir ki, konqresin məqsədi ictimaiyyətin diqqətini fərqli özəllikləri olan uşaqların inkişafına və təlim-tərbiyəsinə yönəldərək valideynlər, mütəxəssislər və pedaqoqlar arasında dialoq qurmaq və inklüziv cəmiyyətin dövlət tərəfindən müəyyənləşdirilmiş inkişaf təmayülünü dəstəkləməkdir.

Konqresdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova uşaq hüquqlarının qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib və görülən işlərdən danışıb: “Ölkə başçısının apardığı uğurlu siyasətin nəticəsi olaraq uşaq hüquqlarının müdafiəsi sahəsində əsaslı nailiyyətlər əldə olunub. Ölkəmizdə uşaq hüquqlarının qorunması üçün güclü qanunvericilik bazası mövcuddur. Azərbaycanda hər bir uşağa bərabər imkanların yaradılması, təhsil, tibb, istirahət və digər xidmətlərin daha əlçatan olması üçün ciddi islahatlar aparılır. Dövlət tərəfindən xüsusi qayğıya ehtiyacı olan və 16 yaşadək əlilliyi olanlara sosial müavinətlər verilir. Artıq 4 ildir ki, autizmli uşaqlara sosial müavinət təyin edilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqların hərtərəfli inkişafı üçün gördüyü işləri xüsusi qeyd etmək lazımdır. Bütün uşaqlar üçün, əsasən də xüsusi qayğıya ehtiyacı olan, ailələrini itirmiş azyaşlılar, münaqişədən zərər çəkmiş bölgələrdə yaşayanların müdafiəsi ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Uşaq hüquqlarının müdafiəsi üzrə ciddi nəzarət və monitorinq mexanizmi də yaradılıb ki, bu da müvafiq dövlət qurumlarının uşaqlara dair məsələləri daha çox diqqətdə saxlamalarına səbəb olub. Həmçinin uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı yaradılıb, bütün rayonlarda uşaqlara qarşı zorakılıq faktlarının aşkarlanması üzrə monitorinq qrupları fəaliyyət göstərir”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara qayğı ilə yanaşıldığını, problemlərinin həlli istiqamətində zəruri addımlar atıldığını bildirib: “Dövlətimiz uşaqların sağlam inkişafı üçün daim müvafiq tədbirlər görür. Bu baxımdan ötən ilin sonlarında “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununu xüsusi vurğulamaq istərdim. Qanuna əsasən, Azərbaycan vətəndaşı olan 18 yaşınadək şəxslər, ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilələr icbari tibbi sığorta haqqından azaddırlar. Onlar üçün müəyyən edilmiş illik tibbi sığorta haqqı - 120 manat dövlət büdcəsi hesabına ödəniləcək. İcbari tibbi sığortanın tətbiq edildiyi ərazilərdə yaşayanların 27 faizini uşaqlar təşkil edir. Onlar icbari tibbi sığortanın baza zərfinə daxil olan 1829 tibbi xidmətdən ödənişsiz istifadə hüququna malikdirlər. Pilot layihə müddətində agentlik Mingəçevir şəhəri, Ağdaş və Yevlax rayonlarında rəsmi qeydiyyatda olan və anadangəlmə ürək qüsuru ilə doğulan 37 uşağın əməliyyat olunmasını təmin edib”.

Təhsil nazirinin müavini İdris İsayev çıxış edərək sağlamlıq imkanları məhdud uşaqların təhsil almasına dair atılan addımlar barədə danışıb: “Dünya əhalisinin 15 faizi əlilliyi olan şəxslərdir. Onlardan 93 milyon nəfəri 14 yaşadək olan uşaqlardır. Azərbaycanda 18 yaşadək uşaqlar arasında sağlamlıq imkanları məhdud olanların sayı təxminən 70 mindir. Həmin şəxslər xüsusi qayğıya ehtiyacı olan təbəqə kimi daim diqqət mərkəzindədir. Onların bütün hüquqları digər şəxslərlə bərabər dövlət tərəfindən təmin edilir. Həmin uşaqların təhsilalma hüquqları da konstitusion hüquqlardan biridir. Ölkəmizdə “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” hazırlanıb və ölkə başçısının Sərəncamı ilə təsdiq edilib. İnklüziv təhsil uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq onların öz həmyaşıdları ilə məktəbdə eyni sinifdə təhsilə cəlb edilməsidir. Sağlamlıq imkanları məhdud uşaqlar dərs prosesində digər həmyaşıdları ilə birgə iştirak etdikdə, onların arasında bir-birinə qarşı anlaşma və hörmət hissi inkişaf edir, həmçinin onların həyata və cəmiyyətə fəal inteqrasiyası təmin edilir. Azərbaycanda 15 ümumtəhsil məktəbi, 13 məktəbəqədər təhsil müəssisəsində 268 nəfər əlilliyi olan uşaq inklüziv təsirə cəlb edilib. Bu gün də həmin təhsil müəssisələrində inklüziv təhsil davam edir. Təhsil Nazirliyi UNICEF-lə birgə “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrasına başlayıb, paytaxtın dörd məktəbində 54 nəfər sağlamlıq imkanları məhdud şagird inklüziv təhsilə cəlb olunub, onların xüsusi təhsil ehtiyacları qiymətləndirilib, fərdi təlim proqramları hazırlanıb və müəllimlər təlimlərə cəlb edilib. Eyni zamanda, cari tədris ilində sağlamlıq imkanları məhdud 10 minədək uşaq xüsusi təhsil müəssisələrində dərs alır”.

Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəisi Soltan Məmmədov Fondun sağlamlıq imkanı məhdud uşaqların və gənclərin sağlamlıqlarının mühafizəsinə, təhsil almalarına, sosial problemlərinin həllinə xüsusi diqqət yetirdiyini diqqətə çatdırıb: “Bu istiqamətdə Heydər Əliyev Fondu tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqların tərbiyəsi, təhsili, inkişafı üçün güclü maddi-texniki baza ilə təmin olunmuş mərkəzlərin yaradılması, həmin mərkəzlərdə yüksək səviyyəli xidmətlərin göstərilməsi üçün müxtəlif layihələr həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və vitse-prezidenti Leyla Əliyeva müntəzəm olaraq xüsusi qayğıya ehtiyacı olan uşaqların təlim-tərbiyə və tibbi xidmət aldığı müəssisələrə baş çəkir və orada uşaqlar üçün yaradılmış şərait, uşaqların tibbi bərpa və təlim-tərbiyə prosesləri ilə yaxından tanış olurlar”.

Departamentin rəisi təhsil sahəsində aparılan siyasətin icrasına dəstək məqsədilə Heydər Əliyev Fondu tərəfindən bir sıra proqram və layihələrin uğurla icra olunduğunu da qeyd edib.

BP-nin əlaqələr, xarici işlər, strategiya və region üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə vaxtında və düzgün inteqrasiyası və adaptasiyasına yönəlmiş tədbirlərin təqdirəlayiq olduğunu qeyd edib. O, təmsil etdiyi qurumun cəmiyyətin ictimai-sosial həyatında fəal iştirak etdiyini və əsasən təhsil sahəsindəki təşəbbüsləri dəstəklədiyini bildirib: “İnklüziv təhsil də belə təşəbbüslərin tərkib hissəsidir. Son layihələrdən biri “Birgə və Sağlam” İctimai Birliyi ilə həyata keçirdiyimiz “Autizm spektr pozuntusu olan şəxslərə dəstək” layihəsidir. İlk dəfə məhz bu layihə çərçivəsində autizmli şəxslər üçün milli məlumat bazasının yaradılması, o cümlədən həmin bazaya və beynəlxalq standartlara uyğun təlim modullarının hazırlanması və valideynlərin cəlb edilməsi ilə təlimlərin təşkili nəzərdə tutulub. Məqsədə çatmaq üçün layihəyə beynəlxalq ekspertlər də cəlb olunub”.

Konqres panel müzakirələrlə davam etdirilib.

Qeyd edək ki, Tədbir “Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçirilib.

Konqresin baş tərəfdaşı qismində BP çıxış edib. Tədbir Shokki Mokki brendi, həmçinin “Halliburton”, “ACE Group Consultants”, “Art Trio”, “Credo” və “CTS Translation” şirkətləri tərəfindən dəstəklənib. Təşkilati dəstək “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən göstərilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir