İQTİSADİYYAT
Azərbaycanda həyata keçirilən 9 layihədə Çexiya şirkətləri podratçı kimi iştirak ediblər
Bakı, 29 sentyabr, AZƏRTAC
1995-2021-ci illər (2021-ci ilin 3 ay nəzərə alınmaqla) ərzində Çexiyadan Azərbaycana 37,2 milyon ABŞ dolları (36,8 milyon ABŞ dolları neft sektoruna, 37,1 milyon dollar isə qeyri-neft sektoruna) həcmində investisiya yatırılıb. Azərbaycandan Çexiyaya isə 48,2 milyon ABŞ dolları (qeyri-neft sektoru) investisiya qoyulub.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov dekabrın 29-da Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunda deyib.
Nazir müavini qeyd edib ki, bundan başqa, Azərbaycanda dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən 2,9 milyard ABŞ dolları dəyərində olan 9 layihədə Çexiya şirkətləri podratçı kimi iştirak ediblər.