İQTİSADİYYAT
Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı optimal model seçiləcəkdir
Bakı, 19 iyun (AZƏRTAC, Şahyəddin Əliyev). İcbari tibbi sığortanın tətbiqi ilə bağlı işlər gücləndirilmişdir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov bildirmişdir. Nazir demişdir: “İcbari tibbi sığorta ilə əlaqədar işlər bundan öncə də aparılırdı. Amma indi biz məsələyə yeni bucaqdan baxırıq. Ümid edirəm ki, yaxın gələcəkdə bu sahədə nəzərəçarpacaq irəliləyişlərə nail ola biləcəyik”.
S.Şərifov qeyd etmişdir ki, işçi qrupu tərəfindən icbari tibbi sığortanın tətbiqi ilə bağlı müəyyən ölkələrin təcrübəsi öyrənilir: "Biz həm mənfi, həm də müsbət təcrübəni öyrənirik. Bu məsələdə optimal bir modeli seçəcəyik" – deyə nazir vurğulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]