İQTİSADİYYAT


Azərbaycanda idxal karantin icazəsi ləğv edilə bilər

Bakı, 23 oktyabr, AZƏRTAC

Azərbaycanda idxal karantin icazəsi ləğv edilə bilər. Fitosanitar Nəzarəti haqqında qanunvericilik yenidən işlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə dövlət fitosanitar müfəttişi Xəyala Dadaşova deyib.

O qeyd edib ki, beynəlxalq təcrübədə idxal karantin icazəsi bir sıra dövlətlərdə ləğv olunub. Gələcəkdə karantin icazəsinin ləğv edilməsi ilə bütün yüklərin rahat daxil edilməsinə imkan yaradılacaq. Hazırda karantin icazəsinin ləğvi ilə bağlı hazırlanmış sənədi sahibkarlar nəzərdən keçirir. Növbəti mərhələdə sənəd Milli Məclisə göndəriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.