İQTİSADİYYAT


Azərbaycanda ilin əvvəlindən domenlərin xalis artımı 1240 təşkil edib

Bakı, 6 mart, AZƏRTAC

Azərbaycanda bu günədək 24340 domen adı qeydə alınıb. Ötən ay ərzində 443 domen rəsmi qeydiyyatdan keçib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, ilin əvvəlindən 1534 domen qeydiyyatdan keçirilib, 294 domen isə ləğv edilib. Nəticədə son bir ay ərzində ölkədə xalis domen artımı 1240 domen təşkil edib.

Hazırda Azərbaycanda 22556“*.az”, 1064“*.com.az”, 231“*.edu.az”, 136“*.org.az”, 76“*.net.az”, 42“*.int.az”, 88 “*.co.az”, 35“*.pp.az”, 73 “*.info.az”, 25 “*.biz.az”, 13 “*.name.az”, 1 “*.pro.az” domeni qeydiyyatdan keçirilərək istifadə edilir.

Son üç ilin dinamikasına nəzər salsaq görərik ki, “*.az” domen zonasında kəskin artım templəri bu il nisbətən zəifləyib. Ötən il ərzində domen qeydiyyatı artımı 10 faiz təşkil edib.

Qeyd edək ki, 2009-cu ildə illik artım 2 min domen təşkil edirdisə, 2010-cu ildə bu göstərici 3 min, 2011-ci ildə isə 4387, 2012-ci ildə 5478 domen adı olub, 2013-cü ildə isə 2338 domen adı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.