İQTİSADİYYAT


Azərbaycanda ilk dəfə Korporativ Sosial Məsuliyyət layihələri üzrə ümumrespublika müsabiqəsinə başlanılıb

Bakı, 1 oktyabr, AZƏRTAC

Oktyabrın 1-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyi, həmçinin bir sıra dövlət qurumlarının birgə təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq Korporativ Sosial Məsuliyyət (KSM) layihələri üzrə ümumrespublika müsabiqəsinə start verilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov müsabiqənin əsas məqsədinin ölkəmizdə sahibkarlıq subyektləri tərəfindən həyata keçirilən Korporativ Sosial Məsuliyyət layihələrinin sayının artırılmasına təkan vermək və KSM layihələri həyata keçirən şirkətlərin fəaliyyətini təqdir etmək olduğunu deyib.

Bildirilib ki, belə bir layihənin respublikamızda ilk dəfə həyata keçirildiyini və başlıca məqsədlərdən birinin də müxtəlif sahələrdə fəaliyyət göstərən biznes strukturlarını KSM layihələrinə cəlb etmək və öz layihələrini ASK-ya göndərməkdir. Oktyabrın 1-də başlayan müsabiqə noyabrın 15-dək davam edəcək.

Qəbul olunan layihələr komissiya üzvləri tərəfindən standart meyarlar əsasında anonim qiymətləndiriləcək və dekabrın 21-də müxtəlif sektorlar və nominasiyalar üzrə uğurlu KSM layihələr həyata keçirmiş şirkətlər KSM üzrə Milli Mükafat və xüsusi diploma layiq görüləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.