İQTİSADİYYAT


Azərbaycanda ilk dəfə dəmir filizi konsentratının keyfiyyəti 65 faizə qədər yüksəldilib

Bakı, 23 aprel, AZƏRTAC 

“Daşkəsən Filizsaflaşdırma “ ASC Azərbaycanda ilk dəfə olaraq dəmir filizi konsentratının keyfiyyətinin 65 faizə qədər yüksəldib.

Bu barədə AZƏRTAC-a “Azərbaycan Polad İstehsali Kompleksi “ QSC-dən məlumat veriblər.

Bildirilir ki, “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin struktur vahidi olan “Daşkəsən Filizsaflaşdırma”ya Rusiyanın “Elekrtostal Ağır Maşınqayırma Zavodu”ndan istehsal prosesində istifadə olunan müasir avadanlıqlar və ehtiyat hissələri alınıb. Avadanlıqların hesabına kombinatda olan istehsal prosesləri müasirləşdirilir. Görülən işlərin nəticəsində istehsal olunan dəmir filizi konsentratının tərkibinin keyfiyyəti yüksəlir, eyni zamanda müəssisənin istehsal gücü artırılır. İlin sonunda kombinatın istehsal gücü 700 min tona çatdırılacaq. Gələcəkdə kompleksin 1,7 milyon ton dəmir filizi konsentratına ehtiyacını təmin etmək üçün istehsal mərhələli şəkildə artırılacaq.

“Daşkəsən Filizsaflaşdırma” ASC-də texniki bazanın yenidən qurulması, işçilərin sosial müdafiəsinin və əmək şəraitinın yaxşılaşdırılması, əməyin mühafizəsi tədbirlərinin həyata keçirilməsi üçün müvafiq tədbirlər planının icrasına başlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.