ELM VƏ TƏHSİL


Azərbaycanda ilk dəfə olaraq kriptovalyuta fənni tədris ediləcək

Bakı, 6 oktyabr, AZƏRTAC

Azərbaycanda ilk dəfə olaraq, kriptovalyuta fənni Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tədris planına daxil edilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, kriptovalyutalar və kiberrisklər fənni UNEC Biznes Məktəbi, İqtisadiyyat və biznesin idarə edilməsi kafedrası tərəfindən MBA (Master of Bussines of Administration) proqramı çərçivəsində tədris ediləcək.

MBA tələbələri “Kriptovalyutalar və kiberrisklər” fənni üzrə elektron pullar, rəqəmsal aktivlər, kriptoqrafiya, blokçeyn texnologiyası, elektron cüzdanlar, kriptovalyutaların xüsusiyyətləri və tətbiqi istiqamətləri, smart müqavilələr, DeFi maliyyəsi, informasiya təhlükəsizliyi, rəqəmsal aktivlərin beynəlxalq hüquqi tənzimlənməsi barədə biliklər əldə edəcəklər. Tədris üzrə praktiki təlimlər də nəzərdə tutulub. Tələbələrə real vaxt rejimində birjalarda alqı-satqı əməliyyatlarının aparılması, optimal ticarət strategiyalarının qurulması, risklərin idarə edilməsi və kriptovalyutaların analitikasının aparılması qaydaları izah ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.