MƏDƏNİYYƏT


Azərbaycanda ilk dəfə yaradılan Prodüser Mərkəzinin qalibləri bəlli olub

Bakı, 19 iyul, AZƏRTAC

Heydər Əliyev Sarayının nəzdində fəaliyyət göstərən Prodüser Mərkəzinin qalibləri müəyyənləşib.

Sarayın mətbuat katibi Aytac Bağırlı AZƏRTAC-a bildirib ki, Mədinə Ağayeva, Emin Məmmədov, Əntiqə Yusifova, Rəşad Ağayev və Kənan Məmmədzadə minlərlə istedadlı gəncin arasından seçilərək Prodüser Mərkəzinin qalibi olublar.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaradılan Prodüser Mərkəzinin əsas məqsədi istedadlı gənclərin üzə çıxarılması, müasir yanaşma tərzi ilə onların ictimaiyyətə təqdim olunmasıdır. Qalib olmuş gənclərin yeni mövsümdən mədəniyyətimizin yeni simaları kimi ölkəmizdə və xaricdə təbliğ olunması nəzərdə tutulur.

Qeyd edək ki, qalib gənclərin müəyyən repertuarlarının hazırlanmasını, səs yazılışları, vokal dərsləri, səhnə hərəkətləri, fitnes xidməti, imic və stilistikasının formalaşması, klip çəkilişləri, yerli və beynəlxalq tədbirlərdə, festivallarda və səs yarışlarında iştirakı Prodüser Mərkəzi tərəfindən təmin olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.