İQTİSADİYYAT
“Azərbaycanda informasiya cəmiyyəti” statistik məcmuəsi nəşr olunmuşdur
Bakı, 8 iyul (AZƏRTAC). “Azərbaycanda informasiya cəmiyyəti” statistik məcmuəsi nəşr olunmuşdur.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, nəşrdə 2008-2013-cü illər üzrə ev təsərrüfatlarında və müəssisələrdə informasiya-kommunikasiya texnologiyaları (İKT) sistemləri, kompyuterlərdən istifadə, internetə çıxış imkanları, əhalinin elektron bilikləri, sahə üzrə əsas makro göstəricilər, İKT məhsullarının idxalı və ixracı haqqında geniş məlumatlar əksini tapmışdır.
Məlumatların elektron versiyasını Dövlət Statistika Komitəsinin veb-portalının "İnformasiya cəmiyyəti" bölməsindən, nəşr versiyasını isə "Azərbaycanda informasiya cəmiyyəti, 2014" (52.2 MB) linki vasitəsilə əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]