İQTİSADİYYAT
Azərbaycanda informasiya təhlükəsizliyi laboratoriyaları yaradılacaq
Bakı, 15 fevral, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən bu il informasiya təhlükəsizliyi üzrə laboratoriyalar yaradılacaq.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, laboratoriyaların yaradılması kibertəhlükələrin analizi, yeni yaranan kiberhücum metodlarının reallaşdırılması və onlara qarşı müdafiə üsullarının tədqiqi, şəbəkə avadanlığının, həmçinin proqram təminatlarının təhlükəsizlik testi məqsədi daşıyır. Nazirlik, həmçinin kibertəhlükəsizlik üzrə yerli və beynəlxalq qanunvericilik bazasının araşdırılmasını, beynəlxalq təcrübə əsasında yerli normativ hüquqi aktların təkmilləşdirilməsini planlaşdırır. Bu istiqamətdə kibertəhlükəsizlik üzrə beynəlxalq standartlar öyrəniləcək və milli standartlar onlara uyğunlaşdırılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]