CƏMİYYƏT
Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinə dövlət dəstəyi ilə bağlı tədbir keçirilib
Bakı, 11 oktyabr, AZƏRTAC
MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq institutunun (MDB PAA DİMBİ) Bakı filialı “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsinə dövlət dəstəyi” mövzusunda tədbir keçirib.
Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə ictimai və elm xadimləri, professor-müəllim heyəti, ekspertlər, ziyalılar, QHT nümayəndələri, KİV-lər, TÜRK PA-dan olan nümayəndələr, dövlət qurumlarının təmsilçiləri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasında insan hüquqlarının təşəkkül və inkişaf tarixi, bu sahədə həyata keçirilən islahatlar, beynəlxalq təşkilatlarla əməkdaşlıq nəticəsində qəbul, ratifikasiya və implementasiya edilən qanunlar, əldə olunan təcrübə barədə geniş müzakirələr aparılıb və MDB PAA DİMBİ Bakı filialının hazırladığı broşürlər iştirakçılara paylanılıb.