CƏMİYYƏT


Azərbaycanda inzibati məhkəmə icraatının aktual problemlərinə dair müzakirə keçirilib

Bakı, 18 iyun, AZƏRTAC

Ölkəmizdə inzibati məhkəmələrin yaradılmasının 10 illiyi münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsi ilə Vəkillər Kollegiyası tərəfindən həyata keçirilən birgə əməkdaşlıq çərçivəsində iyunun 18-də inzibati məhkəmə icraatının aktual problemlərinə dair məsələlərin hakimlərin və vəkillərin iştirakı ilə videokonfrans formatında ilk müzakirəsi keçirilib.

Ali Məhkəmədən AZƏRTAC-a bildiriblər ki, tədbirdə “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanına uyğun olaraq həyata keçirilən məhkəmə-hüquq islahatlarının yeni mərhələsinin əsas məqsədinin müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirməklə onun keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi, bütövlükdə məhkəmə hakimiyyətinə ictimai etimadın, əlçatanlığın və fəaliyyətində şəffaflığın artırılması, hüquq sisteminin inkişafı olduğu qeyd edilib.

Müzakirələrdə çıxış edən Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov və Vəkillər Kollegiyasının sədri Anar Bağırov inzibati məhkəmə icraatının yaradılmasını məhkəmə-hüquq sisteminin inkişafında əhəmiyyətli yeni mərhələ kimi qiymətləndiriblər. Həmçinin həmin Fərmanla müəyyənləşdirilmiş məqsədlərə nail ola bilmək üçün yeni çağırışlara uyğun fəaliyyətin bundan sonra da davam etdirilməsinin zəruriliyi bildirilib.

Tədbirdə Bakı İnzibati Məhkəməsinin hakimi Rüstəm Kərimli və Vəkillər Kollegiyasının üzvü Elçin Usub “İnzibati məhkəmə icraatında prosessual sənədlərin tərtibi” mövzusunda təqdimatla çıxış ediblər.

Sonra mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.