CƏMİYYƏT


“Azərbaycanda iqlim şəffaflığı sahəsində liderlik üzrə mentorluq proqramı”na dair təlim keçirilir

Bakı, 29 mart, AZƏRTAC

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Böyük Britaniyanın hava keyfiyyəti və iqlim dəyişmələrinə səbəb olan emissiyaların inventarlaşdırılması, proqnozlaşdırma və siyasətlərin təhlili üzrə məsləhətçi şirkət olan “Aether” tərəfindən “Azərbaycanda iqlim şəffaflığı sahəsində liderlik üzrə mentorluq proqramı”na dair təlim keçirilir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, martın 30-dək davam edəcək təlimin əsas məqsədi iqlim dəyişmələri sahəsində gücləndirilmiş şəffaflıq mexanizminin (ETF) əsasları üzrə ilkin məlumatlarla tanışlıq, ölkədə ölçmə, hesabatlılıq və yoxlama (MRV) sistemlərinin qurulması və nəticələrinin izlənilməsi, maraqlı tərəflərin imkanlarının interaktiv təhlili üzrə müzakirələrin aparılması və tematik sahələr üzrə koordinasiya qruplarının yaradılmasıdır.

Təlimdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Energetika Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri iştirak edirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.