Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Azərbaycanda iqtisadi yüksəlişi dəstəkləyən dövlət qulluğu sistemi formalaşdırılıb

Bakı, 22 iyun, AZƏRTAC

Azərbaycanda dövlət qulluğunun son illərdə yenidən formalaşdırılması səyləri bir neçə mühüm məqsədə xidmət edib: a) iqtisadi artımı və ölkənin inkişafını dəstəkləyəcək effektiv dövlət qulluğu sisteminin qurulması; b) dövlət strukturlarının peşəkar kadr resursları ilə təmin edilməsi; c) şəffaflıq, iştirakçılıq və hesabatlılıq baxımından cəmiyyətin tələbatının ödənilməsi.

Ölkəmizdə müasir dünyada qəbul edilmiş dövlət qulluğu sistemlərinə uyğun olaraq müvafiq sahədə səmərəliliyi artırmaq istiqamətində islahatlar həyata keçirilir. Bu islahatların əsas məqsədi idarəetmə sisteminin təkmilləşdirilməsi prosesini sürətləndirmək, demokratik dövlətin əsas prinsiplərinin həyatına keçirilməsini və vətəndaş cəmiyyətinin gücləndirilməsini təmin etmək, bazar iqtisadiyyatı üçün qayda və mexanizmlər, hüququn üstünlüyünə əsaslanan idarəetmə strukturu formalaşdırmaqdır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Elnur Əliyevin “Azərbaycanda iqtisadi artımı və inkişafı dəstəkləyəcək effektiv dövlət qulluğu sisteminin formalaşdırılması” məqaləsində yer alıb.

Məqalədə bildirilir ki, Azərbaycan Respublikasının dövlət idarəçiliyi çərçivəsində dövlət qulluğu sisteminin quruculuğu prosesi rəsmi olaraq 1995-ci ildə Konstitusiyanın qəbul edilməsi ilə başlanıb. Xüsusən 55-ci maddədə (dövlətin idarə olunmasında iştirak etmək hüququ) əksini tapan müddəalar bu prosesin konstitusion əsaslarındandır. Bu sahədə normativ hüquqi baza yaradılması, dövlət qulluğuna qəbulun imtahanla keçirilməsi, dövlət qulluqçularının hazırlanması sisteminin, sosial təminatı sisteminin formalaşdırılması və digər bu kimi addımlar atılıb. 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Həmin vaxtdan keçən dövr ərzində bu sahədə onlarca qanun, sərəncam və fərmanlar verilib və mükəmməl hüquqi baza formalaşıb. Nəticədə dövlət qulluğuna qəbul, dövlət qulluqçularının vəzifə təsnifatı, ixtisas dərəcələrinin müəyyən edilməsi və digər məsələlər həll olunub.

Azərbaycan dövlət idarəçiliyində və dövlət qulluğu sisteminin quruculuğu sahəsində mühüm addımlar atıb. Bu sırada müstəqil Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hakimiyyət qurumlarının formalaşdırılmasını, bazar iqtisadiyyatına əsaslanan dövlət idarəçiliyinə transformasiyanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət qulluğu sistemində səmərəliliyin yüksəldilməsi, davamlı inkişaf üçün şəraitin, sosial vəziyyətin yaxşılaşdırılması, demokratik institutların hərtərəfli inkişafı üçün görülən işləri nümunə göstərə bilərik.

Azərbaycanda həyata keçirilən inkişafın dayanıqlılığını təmin edən mühüm sənəd kimi “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə nəzərdə tutulan kompleks tədbirlər sırasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi xüsusi yer tutur. Bu, dövlət qurumları qarşısında yeni vəzifələr müəyyənləşdirib. İstər dünyanın ayrı-ayrı ölkələrində, istərsə də Azərbaycan Respublikasında ən müxtəlif sahələr üzrə inkişaf, ilk növbədə, dövlət qulluğu sisteminin təkmilləşdirilməsini tələb edir. Yəni, istənilən ölkənin inkişafı dövlət orqanlarının qarşısında böyük vəzifələr qoyur. Daha dəqiq ifadə etmiş olsaq, bu vəzifələr dövlət orqanlarında çalışanlara aiddir. Dövlət qulluğu sisteminin təkmilləşdirilməsi və mövcud reallıqlara uyğun şəkildə yenilənməsi ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsini, dövlət-vətəndaş münasibətlərinin təkmilləşdirilməsini və bütövlükdə dövlətin davamlı inkişafını şərtləndirir. Bu baxımdan “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya” dövlət qulluğu sisteminin təkmilləşdirilməsi, dövlət orqanlarının üzərinə düşən funksiyaların səmərəli şəkildə yerinə yetirilməsinə xidmət edən təcrübəli və peşəkar dövlət qulluqçusu korpusunun formalaşdırılması və inkişafı baxımından mühüm sənəddir. Azərbaycanda davamlı şəkildə həyata keçirilən dövlət idarəçiliyi islahatları, o cümlədən dövlət qulluğunda islahatlar dövlət idarəçiliyi və inkişafı arasında paralelliyin, uzlaşmanın təmin olunmasına yönəlib.

Dövlət strategiyalarının inkişafı və həyata keçirilməsi üçün effektiv vasitə səmərəli, məsuliyyətli, şəffaf dövlət xidmətləridir. Bütün bunlar vətəndaşların rifahı üçün lazım olan sağlamlıq, təhsil və digər sosial xidmətlərin yerinə yetirilməsində mühüm rol oynayır. Ölkəmizdə dövlət qulluğunun müasir standartlara cavab verməsini təmin etmək üçün 2007-2011-ci illəri əhatə edən “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”, “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi nəticəsində dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi reallaşdırılıb. Dövlət orqanlarının işinin daha səmərəli təşkili üçün elektron xidmətlər göstərilməsi, Elektron hökumətin tətbiqi dövlət qulluğunda şəffaflığın daha da artırılmasına, məmurlar tərəfindən yol verilən bəzi neqativ halların tamamilə aradan qaldırılmasına, məmur-vətəndaş əlaqələrinin minimuma endirilməsinə gətirib çıxarıb. Müasir dövrdə dövlət xidmətlərində yeni nəsil yanaşmalar məmur-vətəndaş fiziki təmasını azaldan və dördüncü nəsil sənaye inqilabının dövlət qulluğuna təsiri kimi ortaya çıxan idarəetmə anlayışıdır. Dövlət qulluğunun həyata keçirilməsində innovativ texnologiyaların tətbiq olunması məsələləri diqqət mərkəzindədir. Dövlət xidmətlərində yeni nəsil yanaşmaların tətbiqi baxımından “ASAN xidmət” (Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi) bir örnəkdir. Bu xidmət fərqli dövlət xidmətlərini bir məkanda birləşdirir. Bu agentliyin fəaliyyət istiqamətləri “ASAN xidmət” mərkəzlərinin vahid idarə edilməsi, xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, dövlət qurumlarının informasiya mərkəzlərinin qarşılıqlı inteqrasiyasının monitorinqi və qiymətləndirilməsi, elektron xidmətlərin təşkilinin sürətləndirilməsi kimi Mərkəzi icra orqanı olaraq müəyyən edilib. Bu model davamlı inkişafın təmin edilməsi, dövlət xidmətlərinin keyfiyyətinin artırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi və digər sahələrə müsbət təsiri baxımından önəmlidir. Göründüyü kimi, son illər ərzində dövlət xidmətlərində yeni islahatlar dalğası davam etdirilir. Bu sırada xidmətlərin asanlaşdırıldığını və “bir pəncərə sistemi”nin (One-Stop-Shop və ya Single Window) formalaşdırıldığını söyləmək olar. Ölkəmizdə dövlət xidmətləri sahəsindəki nailiyyətlər sırasında 2007-ci ildə Dövlət Neft Fondunun “Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması” üzrə “BMT-nin Dövlət Qulluğu Mükafatı”na və 2015-ci ildə “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında “ASAN xidmət”in “BMT-nin Dövlət Xidmətləri Mükafatı”na layiq görülməsini qeyd etmək yerinə düşər.

Azərbaycanda dövlət qulluğunda hesabatlılığın artırılması, dövlət qurumlarında təkmilləşdirmələr, dövlət qulluğuna qəbulun rasionallaşdırılması, e-dövlət fəaliyyətlərinin genişləndirilməsi, xidmətlərdə xalqa yaxınlıq və s. bütün bunlar dövlət qulluğunda səmərəliliyə xidmət edən islahatlardır. Bu islahatlar dövlət qulluğu sisteminin təkmilləşdirilməsini şərtləndirməklə yanaşı, ölkənin siyasi və iqtisadi inkişafı üçün real zəmin yaradır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, ölkəmizdə dövlət qulluğu sistemində həyata keçirilən islahatlar vətəndaş məmnunluğunun, dövlət qulluğunun səmərəliliyinin təmin olunmasına hesablanılmaqla yanaşı, bütün hallarda dövlətin inkişafı məsələlərini də vacib istiqamət kimi əhatə edir. Prezident İlham Əliyevin dövlət idarəçiliyində və onun ən mühüm institutlarından biri olan dövlət qulluğunda apardığı islahatlar və inkişaf siyasəti səmərəlilik və ədalətlilik prinsiplərinə əsaslanır. Azərbaycanda iqtisadi inkişaf xalqın rifah səviyyəsinin yüksəlməsinə, təhsilin, səhiyyənin inkişafına, əhali gəlirlərinin artmasına səbəb olub. Bu genişmiqyaslı islahatlar ölkənin hərtərəfli inkişafına və insanların rifah səviyyəsinin yüksəldilməsinə xidmət etməkdədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Rusiyanı Çində müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru