CƏMİYYƏT


Azərbaycanda istehsal olunan dronlar üçün xarici bazarlardan ilk sifarişlər alınıb

Kiyev, 7 dekabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında istehsal edilən dronlarla (pilotsuz uçuş aparatı) bağlı ilk dəfə olaraq artıq xarici ölkələrdən də sifarişlər alınıb.

Bunu AZƏRTAC-a məxsusi açıqlamasında AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev söyləyib.

Onun sözlərinə görə, Azərbaycanda həm mülki, həm də ölkənin hərbi qüdrətini artırmaq məqsədilə müxtəlif növ dronlar istehsal olunur. Bu dronlar həm keyfiyyətinə, həm də parametrlərinə görə xaricdən alınan dronlardan yüksəkdir, unikal sistemlərdir. Artıq Azərbaycanda istehsalı olunan dronlar ölkə bazarı üçün deyil, həmçinin xarici bazarlar üçün də əhəmiyyətlidir.

Qeyd edək ki, 2016-cı ildən fəaliyyətə başlayan AMEA-nın Yüksək Texnologiyalar Parkı elektronika, avtomatika, proqram təminatı, müdafiə və mülki təyinatlı aparatlar, dronlar və digər elektron cihazların istehsalı ilə məşğul olur.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.