İQTİSADİYYAT


Azərbaycanda istehsal olunan kimya sənayesi məhsullarının Pakistana ixracı barədə fikir mübadiləsi aparılıb

Bakı, 29 sentyabr, AZƏRTAC

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Pakistan İslam Respublikasının Sənayelər və İstehsalat Nazirliyinin katibi İmdadullah Bosal və Pakistan Ticarət Korporasiyasının sədri Rafeo Bəşir Şah ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayeenin də iştirak etdiyi görüşdə iki ölkə arasında qarşılıqlı maraq kəsb edən sahələrdə birgə layihələrin icrasının əhəmiyyəti qeyd olunub, Azərbaycanda istehsal olunan kimya sənayesi məhsullarının Pakistana ixracı, eləcə də kənd təsərrüfatı məhsullarının ticarəti imkanları barədə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.