Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Azərbaycanda ixracyönümlü sahələr üzrə kadrların hazırlanmasına böyük ehtiyac var

Azərbaycanda ixracyönümlü sahələr üzrə kadrların hazırlanmasına böyük ehtiyac var

Bakı, 27 aprel, Xatirə Cəfərova, AZƏRTAC

Son illər dinamik inkişaf edən iqtisadiyyatımızın qarşısında dayanan ən mühüm vəzifələrdən biri qeyri-neft sektorunun davamlı rəqabət qabiliyyətinə malik səviyyəyə çatdırılmasıdır. Bu məsələnin vacibliyini Prezident İlham Əliyev qeyri-neft ixracatçılarının respublika müşavirəsindəki çıxışında vurğulayıb. Dövlətimizin başçısi inkişaf etdirilməsi vacib olan prioritet sahələrin adlarını çəkib və mövcud problemlərin həlli yollarından danışıb, müəyyən təkliflərlə çıxış edib.

Bu problemlərin aradan qaldırılması üçün əsas diqqət tələb edən məsələ ixtisaslı kadr hazırlığıdır. Prezident İlham Əliyev yekun nitqində qeyd edib ki, kadr hazırlığına xüsusi diqqət göstərilməlidir. Biz ixrac üzrə mütəxəssislər hazırlamalıyıq. Ümumiyyətlə, kadr hazırlığı indi qarşımızda duran ən vacib məsələlərdəndir. Çünki ölkəmiz inkişaf edir, yeni müəssisələr yaradılır və bu müəssisələrdə fəaliyyət göstərən kadrlar hazırlıqlı olmalıdırlar. Xüsusilə ixracyönümlü müəssisələrdə hazırlıqlı kadrların təlimi böyük əhəmiyyət daşıyır və dövlət orqanları bu işlərdə fəallıq göstərməlidir.

Bunu AZƏRTAC-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Fariz Əhmədov bildirib.

Alim qeyd edib ki, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə də insan kapitalının inkişaf etdirilməsi strateji hədəflərdən biri kimi göstərilib. Müxtəlif sahələr, xüsusən də dövlət başçısının qeyd etdiyi kimi, ixracyönümlü sahələr üzrə Azərbaycanda müasir standartlara cavab verən kadrların hazırlanmasına böyük ehtiyac var. Bunun üçün də təhsilin səviyyəsinin yüksəldilməsinə diqqət yetirilməlidir.

Əlavə təhsilin rolunu vurğulayan alim qeyd edib ki, dövlət və qeyri-dövlət xətti ilə xaricdə təhsil proqramları inkişaf etdirilməlidir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3.500-dən artıq gənc dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Yeni dövlət proqramının layihəsi isə müvafiq dövlət orqanları ilə razılaşdırma mərhələsindədir.

Ümumiyyətlə, innovativ iqtisadi inkişaf modelinin reallaşmasını təmin edən əsas amillərdən biri də universitet-sənaye əməkdaşlığıdır. Müasir təcrübəyə əsaslanan ixrac üzrə mütəxəssislərin hazırlanması, onların əmək bazarına inteqrasiyası, rəqabətqabiliyyətliliyi artıran yeni texnologiyanın əldə edilməsi baxımından bu cür əməkdaşlıqların rolu əvəzedilməzdir. Qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”ında da mövcud istehsal sahələrinin genişləndirilməsi və yeni sahələrin yaradılması, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, sənaye zonalarının və klasterlərinin yaradılması ilə yanaşı, elmtutumlu və innovativ istehsalın inkişaf etdirilməsi də əsas məqsədlərdən biri kimi vurğulanıb. Bu da öz növbəsində, universitet-sənaye əməkdaşlığının əhəmiyyətini bir daha önə çıxarır.

Bundan əlavə, qlobal bazarların araşdırılması və təhlili sahəsində universitetlərin nəzdində innovativ fəaliyyət göstərən elmi-tədqiqat laboratoriyaları da mühüm rol oynayır. Yerli icra orqanları və müxtəlif biznes qurumlarının sifarişi əsasında tədqiqatların aparılması və real nəticələrin əldə edilməsi baxımından həmin laboratoriyaların rolunun əhəmiyyəti danılmazdır.

F.Əhmədov bildirib ki, bu sahədə mühüm rola malik olan və öz töhfələri ilə seçilən ali təhsil müəssisələrindən biri də Azərbaycan Dövlət İqtisad Universitetidir. Azərbaycanda gənc menecer və sahibkarların inkişaf etdirilməsi, startaplarla öz bizneslərini qurmağa dəstək olmaq məqsədilə UNEC-də yaradılmış İnnovativ Biznes-İnkubator bunun bariz nümunəsidir.

Ümumiyyətlə, son zamanlar UNEC-də təhsil və tədrisin keyfiyyətinin artırılması istiqamətlərində mühüm islahat tədbirləri görülür. Ən mühüm nailiyyətlərdən biri də müasir təhsil standartları və tədris planları əsasında fəaliyyət göstərən Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin yaradılmasıdır. Hazırda iqtisadiyyat və idarəetmə ixtisasları üzrə tədris həyata keçirən BMDM-də növbəti tədris ilində beynəlxalq ticarət ixtisası üzrə dörd dildə - Azərbaycan, türk, ingilis və rus dillərində təhsil veriləcək. Əlli nəfərlik qəbul planı nəzərdə tutulan ixtisasın təhsil proqramı beynəlxalq standartlara uyğun hazırlanıb. Bu müşavirədə Prezident İlham Əliyevin qeyd etdiyi tövsiyələri nəzərə alaraq, BMDM-in beynəlxalq əməkdaşlığı genişləndiriləcək, digər ixtisaslarla yanaşı, beynəlxalq ticarət ixtisası üzrə də ikili diplom proqramları reallaşdırılacaq. Beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə tədris prosesinə ən peşəkar yerli və beynəlxalq mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulub.

Elmi-tədqiqat işlərindən danışan alim deyib ki, magistrantların dissertasiya mövzuları da Azərbaycanın rəqabətqabiliyyətli ixracyönümlü məhsullarının xarici bazarlara çıxarılması, tanıdılması, qonşu ölkə bazarları ilə müqayisə edilməsi, xarici bazarların ətraflı təhlili istiqamətində yazılacaq. Dissertasiya işlərinə elmi rəhbərlik həm yerli, həm də xarici mütəxəssislər tərəfindən həyata keçiriləcək. Praktik biliklərin əldə edilməsi istiqamətində isə magistrantların Azərbaycana və qonşu ölkələrə aid müxtəlif qurumlarda staj keçməsinə diqqət yetiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın 3x3 basketbol millisi “Paris-2024”ə vəsiqə qazanıb

Azərbaycanın müdafiə naziri Zakir Həsənov İordaniyada rəsmi səfərdə olub

Türkiyə aviaşirkətləri Yaxın Şərqin dörd ölkəsinə uçuşları dayandırıb

Şuşada “Ürək-damar cərrahlarının Şuşa zirvəsi” adlı elmi toplantı keçirilib YENİLƏNİB

Bişkekdə “Zəfər çələngi” kitabı işıq üzü görüb

Azərbaycanın rayonlarında hava arabir yağıntılı olacaq

Əlilliyi olan 500-dək şəxsə evlərində reabilitasiya xidmətləri göstərilib

Lisenziya turniri: Azərbaycanın 3x3 basketbol millisi finala yüksəlib

Azərbaycan Ordusunda gender bərabərliyi ilə bağlı seminarlar təşkil olunub

İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib

Kişi şahmatçılar arasında Azərbaycan çempionatında növbəti turun görüşləri keçirilib

Azərbaycan atıcısı lisenziya turnirində finala yüksəlib

Oğuzda narkotiklərlə əlaqəli 2 nəfər saxlanılıb

İsrail hava məkanını açıb

Bayden: İranın İsrailə qarşı hücumlarını ən kəskin şəkildə pisləyirəm

Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar AZAL-ın bəzi reysləri gecikir

Qazaxıstanda daşqınlar səbəbindən 104 mindən çox insan təxliyə edilib

Azərbaycanda ilk peşəkar teatr təhsili görmüş aktrisa

Bu gün görkəmli ictimai-siyasi xadim və yazıçı Nəriman Nərimanovun doğum günüdür

“New York Times”: İran İsrailə 185 dron və 36 qanadlı raket atıb

İsrailin İranın zərbələrinə cavabı müttəfiqləri ilə razılaşdırılacaq

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirilir

DİM bu gün növbəti imtahanlar keçirir  

İordaniya hava məkanını müvəqqəti olaraq aviasiya uçuşları üçün bağlayıb

İsrail ordusunun nümayəndəsi: Raket və dronların əksəriyyəti zərərsizləşdirilib - YENİLƏNİB -5

İtaliyanın Baş naziri Avropada aşağı doğum səviyyəsindən şikayətlənib

BMT-nin Baş katibi İranın İsrailə hücumunu pisləyib

ABC: İran İsrailə 150-yə yaxın kamikadze dronla hücum edib

Britaniya qırıcıları İsrailin müdafiəsinə cəlb olunub

ABŞ Prezidenti Yaxın Şərqdə baş verən son hadisələri milli təhlükəsizlik komandası ilə müzakirə edəcək

İraq hava məkanını bağlayıb

Britaniyanın Baş naziri İranın İsrailə hücumunu qınayıb

İlin əvvəlindən Ukrayna Təhlükəsizlik Xidməti 10-dan çox kəşfiyyat şəbəkəsini ifşa edib

İsrail aprelin 14-də saat 00:30-dan 07:00-a qədər hava məkanını bağlayır

Media: ABŞ Hərbi Hava Qüvvələrinin qırıcıları İraq və İordaniya səmasındadır

"Beşiktaş" baş məşqçisi ilə yollarını ayırıb

Qazaxıstan Prezidenti daşqınlar səbəbindən Astana Beynəlxalq Forumunu ləğv edib

“Baharın rəngləri” yaradıcılıq turnirinin yekun sərgisi açılıb

İngiltərə Premyer Liqası: "Mançester Siti" qalib gəlib, "Tottenhem" darmadağın olub

Nizami Gəncəvi adına Xankəndi şəhər məktəbinin məzunları 41 ildən sonra görüşüblər

Roma Papası Rəcəb Tayyib Ərdoğana dünyada sülh üçün göstərdiyi səylərə görə təşəkkür edib

Premyer Liqa: "Neftçi" "Araz-Naxçıvan"ı məğlub edərək ikinci pilləyə yüksəlib

“Young Lions Azerbaijan 2024” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Şərq Ekspresi qatarları ilə Türkiyədə 3 ayda 35 mindən çox turist səyahət edib

Sidney şəhərindəki ticarət mərkəzinə bıçaqlı hücum nəticəsində 6 nəfər həyatını itirib

Quru Qoşunlarında birinci rübün yekunlarına dair iclas keçirilib

Həsirçi: Bu əl işlərinə maraq həddindən artıq azdır FOTO VİDEO

ATƏT sədri: Tərəflər Dnestryanı problemin sülh yolu ilə həllində maraqlıdırlar

Kürdəmirdə yol qəzası ölümlə nəticələnib VİDEO

Premyer Liqa: "Turan Tovuz" son dəqiqələrdə vurduğu qolla "Qəbələ"ni məğlub edib

Antalyada 23 saat davam edən təxliyə işləri başa çatıb

Filarmoniyada “Musiqi körpüsü” adlı konsert proqramı təqdim edilib

"Sabah" basketbol klubu ardıcıl ikinci dəfə müntəzəm mövsümün qalibi olub

FHN: “Maşın bazarı” adlanan ərazidə müxtəlif təyinatlı mağazalardan 4-ü yanıb

Üç xəzəryanı dövlətin sərhədçiləri Xəzərdə 60-dan çox brakonyer saxlayıblar

Tennis üzrə Azərbaycan birinciliyi başa çatıb

Britaniyanın enerji təhlükəsizliyi üzrə naziri istefa verib

Ərdoğan: Beynəlxalq müstəvidə əməkdaşlıq və koordinasiyaya ehtiyac var

Tbilisidə mitinq keçirilir

Türkiyədə dünyanın ən uzunmüddətli festivalına start verilib

Naməlum şəxs Sidneydəki ticarət mərkəzinin ziyarətçilərinə bıçaqla hücum edib, 5 nəfər ölüb VİDEO

Baş katib: İnanıram ki, yarımfinalda rəqib olan basketbolçuları keçərək, finala yüksələcəyik

Azərbaycan məktəbliləri Çində Beynəlxalq Mendeleyev Olimpiadasında iştirak edəcəklər

Kürdə batan altı yaşlı uşaq və atasının axtarışları davam edir VİDEO

“Maşın bazarı”nda mağazada baş vermiş yanğın söndürülüb YENİLƏNİB

Ceyhun Bayramov UNESCO-nun baş direktoru vəzifəsinə namizədə Azərbaycanın tövsiyələrini təqdim edib

Lisenziya turniri: Yarımfinala vəsiqə qazanan Azərbaycanın 3x3 basketbol millisi Niderlanda məğlub olub YENİLƏNİB

Gəncədə “Əsgərə məktub” layihəsi təşkil edilib

Şuşa Teatrında “Bəla” tamaşasının premyerası olacaq

Luis Alberto mövsümün sonunda Roma klubunu tərk edəcəyini açıqlayıb

Türkiyə qlobal nəqliyyat və logistika sektorunda 11-ci yerdədir

Gəncə Dövlət Filarmoniyasında "Xalqın mədəni sərvəti" adlı tədbir keçiriləcək

Premyer Liqa: “Araz-Naxçıvan” “Neftçi”yə, “Turan Tovuz” “Qəbələ”yə qarşı

Bakıda bağlı qapı arxasında köməksiz qalmış 3 və 5 yaşlı uşaqlar xilas edilib VİDEO

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı: Şərq cəbhəsində vəziyyət daha da gərginləşib

Bu ilin üç ayında DSMF-nin gəlirləri 1 milyard 673 milyon manat olub

Sabah havanın temperaturu 25 dərəcəyədək yüksələcək

Gəncədə evdə yanğın olub, ölən var

Dubay Beynəlxalq Hava Limanı dünyanın ən bahalı aeroportu hesab olunub

Şərurda avtomobil aşıb, sürücü xəsarət alıb

MN: Hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir

Bu gün Ümumdünya Rok-n-Roll Günüdür

Norveçin səhiyyə naziri plagiat qalmaqalından sonra istefa verir

Antalyada baş verən kanat xətti qəzası nəticəsində kabinələrdə qalanların təxliyəsi davam edir VİDEO

Azərbaycan neftinin qiyməti 94 dolları ötüb

Səbail rayonundakı kafedən içərisində pul, üzük olan çanta oğurlanıb

BMT-də Azərbaycanın təşəbbüsü ilə “VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” üzrə birgə brifinq keçirilib

Milli Müdafiə Universitetinin Hərbi Kollecinə tələbə qəbulu davam edir

Dünya birjalarında neft bahalaşıb

Azərbaycanın bədii gimnastı beynəlxalq turnirdə qızıl medal qazanıb

“Neftçi” “Araz-Naxçıvan”la oyuna itkilərlə çıxacaq

DİN: Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb

Azərbaycanın 3x3 basketbol millisi təsnifat turnirində növbəti oyununa çıxacaq

Fransa terrorçu simasını gizlədə bilmir - RƏY

Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub

Səbail rayonunda onsəkkizmərtəbəli yaşayış binasına bitişik konstruksiya yanıb VİDEO

Keniyada ən azı 13 nəfər daşqınların qurbanı olub, 15 min nəfər təxliyə edilib

ABŞ-ın Memfis şəhərində polis və şübhəli şəxsin ölümü ilə nəticələnən atışma baş verib

Aİ komitəsinin sədri: Regionda sülh üçün konkret addımların atılmasının vaxtıdır

Delfin Pronk: Minaların təmizlənməsində Avropa İttifaqı Azərbaycanın ən böyük dəstəkçisidir