İQTİSADİYYAT


Azərbaycanda keçirilən hərracda 10 avtomobil özəlləşdirilib

Bakı, 9 avqust, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən avqustun 9-da növbəti hərrac keçirilib. Hərracda 10 nəqliyyat vasitəsi satılıb.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, nəqliyyat vasitələrinə edilən sifarişlərin çoxluğu hərracı rəqabətli edib. İlkin satış qiyməti 3500 manata olan “Hyundai Accent” markalı avtomobilə edilən ən son təklif 6035 manat olub.

Satılan nəqliyyat vasitələri əsasən Almaniya və Rusiya istehsalı olan avtomobillərdir.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: https://clck.ru/sXJT9

Məlumat üçün bildiririk ki, bu ay üzrə növbəti hərraclar avqustun 16-sı, 23-ü, 30-da keçiriləcək.

Hərraclara ümumilikdə 6 səhmdar cəmiyyətinin səhm paketi, 30 kiçik dövlət müəssisə və obyekti, 98 nəqliyyat vasitəsi çıxarılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.