SİYASƏT


Azərbaycanda keçirilən prezident seçkiləri Qazaxıstan mediasının diqqət mərkəzində

Astana, 12 aprel, AZƏRTAC

Qazaxıstan KİV-ləri aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı məlumatlar yayıb.

AZƏRTAC xəbər verir ki, “Egemen Qazaxıstan” rəsmi dövlət qəzeti, “İnform.kz” beynəlxalq informasiya agentliyi, “Bnews.kz”, “Total.kz” internet resursları tərəfindən yayılan məlumatlarda səsvermənin gedişi, seçicilərin fəallığı, İlham Əliyevin 86 faiz səs toplayaraq inamlı qələbə qazanması Qazaxıstan ictimaiyyətinin diqqətinə çatdırılıb.

Məlumatlarda Prezident Nursultan Nazarbayevin İlham Əliyevə təbrikindən fikirlər də yer alıb: “Prezident seçkilərində qələbə sübut edir ki, Azərbaycan xalqı İlham Əliyevin siyasətinə böyük dəstək göstərir”.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.