İDMAN
Azərbaycanda keçirilmiş cüdo üzrə “Böyük dəbilqə” turniri İtaliya mətbuatında geniş işıqlandırılmışdır VİDEO
Roma, 14 may (AZƏRTAC). Azərbaycanda “Sərhədçi” İdman Olimpiya Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş cüdo üzrə “Böyük dəbilqə” turniri İtaliya mətbuatında geniş işıqlandırılmışdır.
İtaliyanın bir sıra idman saytlarında turnirlə bağlı yer alan yazılarda yarışın iştirakçıları, idmançılar arasında gərgin mübarizə şəraitində keçən qarşılaşmalar haqqında ətraflı məlumat verilir. Bildirilir ki, turnirdə Azərbaycanı təmsil edən cüdoçular uğurla çıxış edərək bir çox medallar qazanmışlar.
Məqalələrin tam mətnlərini aşağıdakı linklərdə oxumaq olar:
http://www.gazzettadiparma.it/news/altri-sport-a-parma/187866/Gwend-protagonista--a-Baku-.html
http://www.olimpiazzurra.com/2014/05/judo-grand-slam-baku-gwend-medaglia-di-bronzo-oro-bellard/
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma