SİYASƏT
Azərbaycanda keçirilmiş prezident seçkiləri İordaniya KİV-ləri tərəfindən işıqlandırılıb
Bakı, 12 aprel, AZƏRTAC
Aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri İordaniya KİV-ləri tərəfindən işıqlandırılıb. Bu barədə AZƏRTAC-a Azərbaycanın İordaniyadakı səfirliyindən məlumat verilib.
İordaniya dövlət televiziyasının “Xəbərlər” proqramında seçkilərlə bağlı ətraflı məlumat verilib. Məlumatda səsvermənin gedişi, seçicilərin fəallığı, seçkilərin yerli və beynəlxalq təşkilatların, dünyanın müxtəlif kütləvi informasiya vasitələrinin nümayəndələri tərəfindən izlənildiyi, Azərbaycan xalqının iradəsini əks etdirdiyi, demokratik, şəffaf və ədalətli şəkildə keçirildiyi diqqətə çatdırılır. Qeyd edilir ki, Azərbaycanda seçki qanunvericiliyi demokratik prinsiplərə əsaslanır.
Məlumatda ötən 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən kompleks islahatlardan da bəhs olunur.