CƏMİYYƏT


Azərbaycanda köməkçi texnologiyaların gücləndirilməsi imkanları müzakirə edilib

Bakı, 5 mart, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı ilə görüşüb. Görüşdə ölkəmizdə köməkçi texnologiyaların gücləndirilməsi imkanları müzakirə edilib.

AQUPDK-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bahar Muradova Ümumdünya Səhiyyə Təşkilatının gördüyü işləri, həyata keçirdiyi layihələri yaxından izlədiyini qeyd edərək, bu fəaliyyətin həm Azərbaycan, həm də dünyanın qarşısında dayanan ağır məsələlərin həlli üçün vacibliyinə inandığını dilə gətirib. Qadınların dünya miqyasında çətin və vacib işlərdə öz üzərinə götürdükləri rolu yüksək səviyyədə yerinə yetirdiklərinin çox müsbət hal olduğunu deyən komitə sədri bildirib: “Siz həm təmsil etdiyiniz qurumun prioritetlərini və onların qarşınıza qoyduğu vəzifələri həyata keçirir, həm də təmsil olunduğunuz ölkə üçün vacib olan işlər görürsünüz. Bütün bunlara görə sizə dərin təşəkkürümü bildirirəm və inanıram ki, bu fəaliyyətiniz də daxil olmaqla, ümumi dünya səyləri öz nəticələrini verəcək və biz nəhayət normal həyata yenidən qayıdacağıq”.

Bahar Muradova qeyd edib ki, bu görüşün Hande Harmancının fəaliyyətinə dair məlumatları dinləmək, gələcək işlər barədə danışmaq və Dövlət Komitəsinin imkanları çərçivəsində mümkün dəstək göstərmək haqqında fikir mübadiləsi aparmağa imkan yaratdığını qeyd edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Hande Harmancı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıqdan hər zaman məmnun olduqlarını ifadə edib. O, COVID-19 pandemiyası dövründə bütün dünyada məişət zorakılığının artdığını qeyd edərək, bu sahədə də hər zaman yardıma hazır olduqlarını nəzərə çatdırıb.

Sonra ÜST-ün Azərbaycandakı milli məsləhətçisi Vüqar Məmmədov “Azərbaycanda KT Sektorunun Gücləndirilməsi” layihəsi ilə bağlı təqdimatla çıxış edib, layihənin əsas məqsədinin əhalinin KT əlçatanlığı ilə bağlı mövcud vəziyyətin qiymətləndirilməsi, köməkçi vasitələrin əlçatanlığı üçün səmərəli siyasətin həyata keçirilməsinə dəstəyin verilməsi olduğunu qeyd edib. Köməkçi texnologiyanın sistemlər və xidmətlər daxil olmaqla, köməkçi vasitələrlə əlaqəli mütəşəkkil bilik və bacarıqların tətbiqi olduğunu vurğulayan V.Məmmədov bu vasitənin əsas məqsədinin insanın funksionallığını və cəmiyyətdə inklüzivliyini, yerini qorumaq və ya yaxşılaşdırmaq, onun rifahını bərpa etmək üçün xüsusi istehsal edilmiş və əlçatan hər hansı bir xarici vasitə olduğunu deyib.

ÜST-ün hazırladığı sorğunun ən müasir sosioloji tələblər əsasında tərtib olunduğunu bildirən Vüqar Məmmədov qeyd edib ki, sorğu bu günədək artıq 40 ölkədə tətbiq olunub. Həmçinin Qarabağ və onun ətrafında baş verən münaqişədən bəhs edən V.Məmmədov əlavə edib ki, hazırda ölkəmizdə köməkçi texnologiyanın vacibliyinə ehtiyac əvvəlkindən daha çoxdur.

Sonda Bahar Muradova layihədə tərəfdaş olmaqdan məmnunluq duyduğunu və atılan bu addımı alqışladığını bildirib. Görüş zamanı, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.