İQTİSADİYYAT
Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı artıb
Bakı, 21 aprel, AZƏRTAC
Yanvar-mart aylarında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 42,2 milyon manatlıq məhsul istehsal olunub.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 4,1 faiz, elektrik avadanlıqlarının istehsalı isə 2,1 dəfə artıb.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 2,9 dəfə, 1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı isə 21,5 faiz artıb.