CƏMİYYƏT


Azərbaycanda koronavirus infeksiyasına 1769 yeni yoluxma faktı qeydə alınıb

Bakı, 13 avqust, AZƏRTAC

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1769 yoluxma faktı qeydə alınıb, 648 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 361 min 501 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 337 min 669 nəfər müalicə olunaraq sağalıb, 5 min 125 nəfər vəfat edib. Aktiv xəstə sayı 18 min 707 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 945, bu günə qədər isə ümumilikdə 4 milyon 178 min 108 test icra olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.