CƏMİYYƏT


Azərbaycanda koronavirus infeksiyasına 331 yoluxma faktı qeydə alınıb, daha 107 nəfər sağalıb

Bakı, 19 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 331 yeni yoluxma faktı qeydə alınıb, daha 107 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 45 min 295 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 144 nəfər müalicə olunaraq sağalıb, 630 nəfər vəfat edib. Aktiv xəstə sayı 4521 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 232 min 636 test aparılıb. Bugünkü test sayı isə 4612-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.