CƏMİYYƏT


Azərbaycanda koronavirus infeksiyasına 4129 yeni yoluxma faktı qeydə alınıb

Bakı, 18 avqust, AZƏRTAC

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 4129 yoluxma faktı qeydə alınıb, 968 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 20 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 377 min 304 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 341 min 142 nəfər müalicə olunaraq sağalıb, 5 min 208 nəfər vəfat edib. Aktiv xəstə sayı 30 min 954 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 min 740, bu günə qədər isə ümumilikdə 4 milyon 252 min 882 test icra olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.