CƏMİYYƏT


Azərbaycanda koronavirus infeksiyasına 528 yoluxma faktı qeydə alınıb, daha 103 nəfər sağalıb

Bakı, 17 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 528 yeni yoluxma faktı qeydə alınıb, daha 103 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 44 min 317 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 39 min 903 nəfər müalicə olunaraq sağalıb, 623 nəfər vəfat edib. Aktiv xəstə sayı 3791 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 218 min 935 test aparılıb. Bugünkü test sayı isə 9133-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.