CƏMİYYƏT


Azərbaycanda koronavirus infeksiyasına 56 yeni yoluxma faktı qeydə alınıb

Bakı, 20 iyun, AZƏRTAC

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 88 nəfər müalicə olunaraq sağalıb, 56 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, ötən sutka ərzində COVID-19-dan 1 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 335 min 493 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 329 min 550 nəfər müalicə olunaraq sağalıb, 4962 nəfər vəfat edib. Aktiv xəstə sayı 981 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 675 min 862 test aparılıb. Bugünkü test sayı isə 7581-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.