CƏMİYYƏT


Azərbaycanda koronavirus infeksiyasına 584 yoluxma faktı qeydə alınıb, daha 128 nəfər sağalıb

Bakı, 20 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 584 yeni yoluxma faktı qeydə alınıb, daha 128 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 45 min 879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 272 nəfər müalicə olunaraq sağalıb, 635 nəfər vəfat edib. Aktiv xəstə sayı 4972 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 241 min 664 test aparılıb. Bugünkü test sayı isə 9028-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.