CƏMİYYƏT


Azərbaycanda koronavirus infeksiyasına 69 nəfər yoluxub

Bakı, 12 iyul, AZƏRTAC

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 40 nəfər müalicə olunaraq sağalıb, 69 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, koronavirusdan 3 nəfər ölüb.

Hazırkı dövrədək ölkəmizdə 337 min 323 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 330 min 802 nəfər müalicə olunaraq sağalıb, 4987 nəfər vəfat edib. Aktiv xəstə sayı 1534 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 858 min 551 test aparılıb. Bugünkü test sayı isə 6271-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.