CƏMİYYƏT


Azərbaycanda koronavirus infeksiyasına daha 1227 yoluxma faktı qeydə alınıb, 667 nəfər sağalıb

Bakı, 4 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 1227 yoluxma faktı qeydə alınıb, 667 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 59 min 509 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 45 min 697 nəfər müalicə olunaraq sağalıb, 780 nəfər vəfat edib. Aktiv xəstə sayı 13032 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 391 min 253 test aparılıb. Bugünkü test sayı isə 11474-dür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.