CƏMİYYƏT


Azərbaycanda koronavirus infeksiyasına daha 1849 yoluxma faktı qeydə alınıb, 1048 nəfər sağalıb

Bakı, 14 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 1849 yoluxma faktı qeydə alınıb, 1048 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 73 min 429 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 54 min 49 nəfər müalicə olunaraq sağalıb, 946 nəfər vəfat edib. Aktiv xəstə sayı 18434 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 502 min 707 test aparılıb. Bugünkü test sayı isə 13325-dir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.