CƏMİYYƏT


Azərbaycanda koronavirus infeksiyasına daha 2075 yoluxma faktı qeydə alınıb, 1139 nəfər sağalıb

Bakı, 17 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 2075 yoluxma faktı qeydə alınıb, 1139 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 79 min 158 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 56 min 894 nəfər müalicə olunaraq sağalıb, 1005 nəfər vəfat edib. Aktiv xəstə sayı 21259 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 536 min 434 test aparılıb. Bugünkü test sayı isə 13213-dür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.