CƏMİYYƏT


Azərbaycanda koronavirus infeksiyasına daha 225 nəfər yoluxub

Bakı, 21 iyul, AZƏRTAC

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 108 nəfər müalicə olunaraq sağalıb, 225 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, infeksiyadan 4 nəfər həyatını itirib. Hazırkı dövrədək ölkəmizdə 339 min 62 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 331 min 537 nəfər müalicə olunaraq sağalıb, 4998 nəfər vəfat edib. Aktiv xəstə sayı 2527 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 935 min 913 test aparılıb. Bugünkü test sayı isə 6593-dür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.