CƏMİYYƏT


Azərbaycanda koronavirus infeksiyasına daha 2981 yoluxma faktı qeydə alınıb, 1226 nəfər sağalıb

Bakı, 30 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 2981 yoluxma faktı qeydə alınıb, 1226 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 121 min 176 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 74 min 902 nəfər müalicə olunaraq sağalıb, 1392 nəfər vəfat edib. Aktiv xəstə sayı 44882 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 728 min 577 test aparılıb. Bugünkü test sayı isə 10342-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.