CƏMİYYƏT


Azərbaycanda koronavirus infeksiyasına daha 3169 yoluxma faktı qeydə alınıb, 1404 nəfər sağalıb

Bakı, 20 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 3169 yoluxma faktı qeydə alınıb, 1404 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 87 min 163 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 60 min 869 nəfər müalicə olunaraq sağalıb, 1079 nəfər vəfat edib. Aktiv xəstə sayı 25215 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 576 min 60 test aparılıb. Bugünkü test sayı isə 13618-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.