CƏMİYYƏT


Azərbaycanda koronavirus infeksiyasına daha 4426 yoluxma faktı qeydə alınıb, 1995 nəfər sağalıb

Bakı, 1 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 4426 yoluxma faktı qeydə alınıb, 1995 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 125 min 602 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 76 min 897 nəfər müalicə olunaraq sağalıb, 1433 nəfər vəfat edib. Aktiv xəstə sayı 47272 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 746 min 198 test aparılıb. Bugünkü test sayı isə 17621-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.