CƏMİYYƏT


Azərbaycanda koronavirus infeksiyasına yoluxanların 21 faizi 50-59 yaş arasında olan vətəndaşlardır

Bakı, 30 iyul, AZƏRTAC

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların yaş və cinsə görə bölgüsü açıqlanıb.

AZƏRTAC koronavirusinfo.az saytına istinadla xəbər verir ki, ölkəmizdə COVID-19-a yoluxanların 21 faizi 50-59 yaş arasında olan vətəndaşlardır. Həmin virusa yoluxanların 18 faizini 30-39, 16 faizini 60-69, 15 faizini 40-49, 14 faizini 20-29, 6 faizini 10-19, 5 faizini 0-9, 4 faizini 70-79 yaş arasında olan, 2 faizini isə 80 yaşdan yuxarı vətəndaşlar təşkil edir.

Yoluxanların cinsə görə bölgüsünə gəlincə, burada qadınlar üstünlük təşkil edir. Belə ki, COVID-19-a yoluxanların 54 faizi qadınlar, 46 faizi kişilərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.