CƏMİYYƏT


Azərbaycanda koronavirus infeksiyasından 949 nəfər sağalıb, 305 yeni yoluxma faktı qeydə alınıb

Bakı, 19 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 949 nəfər müalicə olunaraq sağalıb, 305 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 227 min 696 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 216 min 720 nəfər müalicə olunaraq sağalıb, 3032 nəfər vəfat edib. Aktiv xəstə sayı 7944 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 328 min 507 test aparılıb. Bugünkü test sayı isə 6915-dir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.