CƏMİYYƏT


Azərbaycanda koronavirus infeksiyasından daha 102 nəfər sağalıb, 58 yoluxma faktı qeydə alınıb

Bakı, 29 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 102 nəfər sağalıb, 58 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 40 min 119 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 37 min 827 nəfər müalicə olunaraq sağalıb, 590 nəfər vəfat edib. Aktiv xəstə sayı 1702 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 110 min 279 test aparılıb. Bugünkü test sayı isə 5496-dır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.