CƏMİYYƏT


Azərbaycanda koronavirus infeksiyasından daha 127 nəfər sağalıb, 110 yoluxma faktı qeydə alınıb

Bakı, 30 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 127 nəfər sağalıb, 110 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 40 min 229 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 37 min 954 nəfər müalicə olunaraq sağalıb, 591 nəfər vəfat edib. Aktiv xəstə sayı 1684 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 115 min 748 test aparılıb. Bugünkü test sayı isə 5469-dur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.