CƏMİYYƏT


Azərbaycanda koronavirus infeksiyasından daha 153 nəfər müalicə olunaraq sağalıb

Bakı, 23 iyul, AZƏRTAC

Azərbaycan Respublikasında yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 153 nəfər müalicə olunaraq sağalıb, 371 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 339 min 645 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 331 min 782 nəfər müalicə olunaraq sağalıb, 5002 nəfər vəfat edib. Aktiv xəstə sayı 2861 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 954 min 16 test aparılıb. Bugünkü test sayı isə 10 min 448-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.