CƏMİYYƏT


Azərbaycanda koronavirus infeksiyasından daha 221 nəfər sağalıb, 103 yoluxma faktı qeydə alınıb

Bakı, 14 avqust, AZƏRTAC

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 221 nəfər sağalıb, 103 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 34 min 18 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 31 min 490 nəfər müalicə olunaraq sağalıb, 504 nəfər vəfat edib. Aktiv xəstə sayı 2024 nəfərdir.

Ötən müddət ərzində 820 min 2 test aparılıb. Bugünkü test sayı isə 7969-dur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.