CƏMİYYƏT


Azərbaycanda koronavirus infeksiyasından daha 445 nəfər müalicə olunaraq sağalıb

Bakı, 3 iyun, AZƏRTAC

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 445 nəfər müalicə olunaraq sağalıb, 128 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 334 min 416 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 325 min 863 nəfər müalicə olunaraq sağalıb, 4929 nəfər vəfat edib. Aktiv xəstə sayı 3624 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 542 min 35 test aparılıb. Bugünkü test sayı isə 9563-dür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.