CƏMİYYƏT


Azərbaycanda koronavirus infeksiyasından daha 515 nəfər müalicə olunaraq sağalıb

Bakı, 17 may, AZƏRTAC

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 515 nəfər müalicə olunaraq sağalıb, 426 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 330 min 269 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 315 min 415 nəfər müalicə olunaraq sağalıb, 4792 nəfər vəfat edib. Aktiv xəstə sayı 10062 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 392 min 930 test aparılıb. Bugünkü test sayı isə 8877-dir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.