CƏMİYYƏT


Azərbaycanda koronavirusa 1058 yeni yoluxma faktı qeydə alınıb

Bakı, 2 may, AZƏRTAC

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 2125 nəfər müalicə olunaraq sağalıb, 1 min 58 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 321 min 380 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 293 min 689 nəfər müalicə olunaraq sağalıb, 4 min 561 nəfər vəfat edib. Aktiv xəstə sayı 23 min 130 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 262 min 655 test aparılıb. Bugünkü test sayı isə 8 min 777-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.