CƏMİYYƏT


Azərbaycanda koronavirusa 418 yeni yoluxma faktı qeydə alınıb

Bakı, 3 may, AZƏRTAC

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 1095 nəfər müalicə olunaraq sağalıb, 418 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 321 min 798 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 294 min 784 nəfər müalicə olunaraq sağalıb, 4580 nəfər vəfat edib. Aktiv xəstə sayı 22 min 434 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 267 min 835 test aparılıb. Bugünkü test sayı isə 5180-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.